Ümumi Məlumat
“Cəlilabad rayonu Azərbaycan Respublikasının inzibati rayonu kimi 1930-cu ildə təşkil edilmişdir. İranla həmsərhəddir
Rayon 1967-ci ilədək Astraxanbazar adlandırılmışdır.Cəlil Məmmədquluzadənin 100 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Cəlilabad adlandırılıb.1952-ci ildən rayon tabeliyində şəhər statusu almışdır.Bakıdan 215 km aralıda, Novoqolovka dəmiryolu stansiyasından (Bakı-Astara dəmir yolundan) 12 km kənarda yerləşir.Kənd təsərrüfatı rayonudur.İqtisadiyyatının əsasını taxılçılıq, kartofçuluq, üzümçülük və heyvandarlıq təşkil edir.Bir sıra kənd təsərrüfatı məhsulları, meyvə, bostan-tərəvəz və üzüm emalı zavodları və sexləri vardır.
Rayonun əhalisinin sayı 193.000 nəfərdən çoxdur.(2009-cu ilin yanvar ayınadək).Rayonda 2 şəhər, 119 kənd var.Mərkəzi Cəlilabad şəhəridir.Daha sıx olan yaşayış məntəqələri Cəlilabad, Göytəpə şəhərləri, Uzuntəpə, Alar, Privolnoye və Üçtəpə kəndləridir.
Azərbaycan
Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.